|
«Aqrokimya» MMC 1991-cı ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsas işi Respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir. «Aqrokimya» MMC dünyanın bir çox aparıcı Bitki mühafizəsi vasitələri istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Aqro AG», Türkiyənin «Koruma Klor Alkalı», İsrailin «Xaifa Kemikals», Rusiyanın «Evroxim», Norveçin «Yara Suomi» şirkətlərinin rəsmi destribütoru kimi fəaliyyət göstərir. Cəmiyyət 100 addan çox pestisid, 37 addan çox mineral gübrə satışı ilə məşğuldur. Cəmiyyətdə bitki mühafizəsi ixtisası üzrə 1 nəfər elmlər namizədi, 2 nəfər alim-aqronom çalışır. Cəmiyyətin əsas məqsədi Kənd təsərrüfatı müəssələrinə və fermerlərə aqrokimyəvi xidmət göstərmək, ətraf mühütə zərər vermədən ekoloji cəhəttən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək üçün aqrokimyəvi xidmətin yeniliklərini və gabaqcıl təcrübəni tədbiq etməkdir. Cəmiyyətin Tovuz rayonunda filialı,26-dan çox bölqə nümayəndəlikləri vardır.
|